Rusiya Pribaltikada öz maraqlarını qətiyyətlə müdafiə edəcək. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya öz maraqlarını müdafiə etməkdə qərarlıdır, Rusiya Baltikyanı dövlətdir. Rusiya isə bu regionda öz maraqlarını, qanuni maraqlarını qətiyyətlə müdafiə etmək əzmindədir”, – Peskov Kremlin Estoniyanın Baltikdə keçirdiyi canlı atəş təlimlərini eskalasiya cəhdi kimi qəbul edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)