Rusiya BƏƏ-də yüksək səviyyəli birbaşa Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz, şübhəsiz ki, belə birbaşa dialoq faktını alqışlayırıq və biz müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq”, – o vurğulayıb.