Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, hazırda ən aşağı həddə olan Rusiya-Amerika münasibətlərinin gələcək taleyi ABŞ rəhbərliyindən asılıdır.
Kreml nümayəndəsi jurnalistlərlə söhbətində deyib: “Yaxşılatmaq demək olar ki, mümkün deyil (Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər ), bu münasibətlər tarixən ən aşağı nöqtədədir”. Onun fikrincə, Moskva ilə Vaşinqton arasında münasibətlərin gələcəkdə necə inkişaf edəcəyi “ABŞ-ın növbəti rəhbərliyindən asılı olacaq”. (Tass)