Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanından çıxarılması ilə bağlı qəbul edilmiş hər hansı qərardan xəbərsizdir, bütün istiqamətlərdə iş aparılır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bilik. Birinci” marafonunda çıxışı zamanı deyib.
“Zvartnots sərhədçilərinə gəlincə, anladığımıza görə, bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Və heç kim bu qərarları bizə rəsmi kanallarla çatdırmayıb, biz həm MDB strukturları, həm də Aİİ strukturları və ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, – o bildirib.
Peskov qeyd edib ki, Rusiya və Ermənistan hazırda “bir sıra mühüm layihələri” həyata keçirir. “Biz onları həyata keçirməyə davam edəcəyik”.
Daha əvvəl parlamentin “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib ki, Ermənistan hakimiyyəti İrəvanın Zvartnots hava limanında Rusiya FSB sərhədçilərinin olmasının mümkünlüyünü müzakirə edir. (Tass)