İran Rusiyanın müttəfiqidir və Moskva ABŞ-ı narahat edən respublikanın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həlli üçün potensial görür. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu problem – İranın nüvə dosyesi müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll edilməlidir”, – Kremlin sözçüsü vurğulayıb: “Biz bunun üçün potensialın olduğuna inanırıq”.
“İran bizim müttəfiqimiz, tərəfdaşımız, hərtərəfli, qarşılıqlı faydalı, qarşılıqlı hörmətə əsaslanan [əməkdaşlıq] inkişaf etdirdiyimiz ölkə olduğundan, Rusiya bunun üçün mümkün olan hər şeyi etməyə hazırdır”, – Peskov qeyd edib. (Tass)