Moskva Tehranla münasibətlərini inkişaf etdirməyə davam edəcək. Bu mövqeyi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın İrana təzyiqləri artırmaq niyyəti ilə bağlı bəyanatları fonunda təqdim edib.
“Biz İranla yaxın münasibətlərimizi davam etdirmək niyyətindəyik. İran bizim tərəfdaşımızdır. Bizim müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığımız var. Biz bu əlaqələri davam etdirəcək və inkişaf etdirəcəyik”, – Kreml nümayəndəsi qeyd edib. (Tass)