Moskva Tehran, Pekin və Pxenyanı özünün müttəfiqləri hesab edir və dünya düzəninin əsaslarına dair baxışlarını onlarla bölüşür. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Bunlar bizim müttəfiqlərimizdir, bu bizim tərəfdaşlarımızdır. Dünya nizamının əsaslarına dair baxışımızı böyük ölçüdə paylaşdığımız ölkələr”, – o, Rusiya Federasiyasının Qərbə qarşı mübarizədə bu ölkələrə hansı rolu təyin etməsi ilə bağlı suala cavabında deyib. (Tass)