Rusiya özünü orta və daha qısa mənzilli raketlərin (INF) yerləşdirilməsi üçün istənilən müvafiq tədbirləri görmək hüququna malik hesab edir; indi heç bir şəkildə məhdudlaşmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən deyib.
“Rusiyanın artıq bu məsələdə heç bir məhdudiyyəti yoxdur. Rusiya özünü heç bir şəkildə məhdud hesab etmir. Rusiya özünü lazım gələrsə, müvafiq tədbirlər görmək, müvafiq addımlar atmaq hüququna malik hesab edir”, – Kreml sözçüsü bildirib. (Tass)