Rusiya ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı sanksiya təhlükəsi ilə bağlı bütün bəyanatlarını, eləcə də bu məsələ ilə bağlı digər xarici siyasətçiləri qeydə alır.
Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Biz bu məsələ ilə bağlı Prezident Trampdan və digər beynəlxalq nümayəndələrdən gələn bütün bəyanatları qeyd etməyə davam edirik” deyib. ,(Tass)