Rusiya Ukrayna üzrə istənilən dialoqa, o cümlədən vasitəçilərin iştirakı ilə, lakin məqsədlərinə çatmaq şərtilə açıqdır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsi Moskvanın Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi kimi Kiyevlə vasitəçilər vasitəsilə danışıqlara hazır olub-olmaması sualına belə cavab verib.
“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən ünsiyyətə, istənilən dialoqa açıqdır, prezident bu açıqlığı qoruyur, o, bu barədə dəfələrlə danışıb”, – Peskov bildirib. (Tass)