Rusiya tərəfi Ukrayna münaqişəsini həll etməyə və onun maraqlarını təmin etməyə çalışır və dialoqa da açıqdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Rusiya bu münaqişəni həll etməyə, öz maraqlarını təmin etməyə çalışır və dialoqa açıqdır. Biz bu dialoqu davam etdiririk”, – Kremlin sözçüsü TASS-ın ABŞ prezidenti Donald Trampın Ukraynada atəşkəslə bağlı Rusiyadan bu həftə cavab alacağını gözlədiyi bəyanatı ilə bağlı sualına cavabında deyib.