Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva və Vaşinqtonun kəşfiyyat xidmətləri vasitəsilə əlaqələri var, lakin təhlükəsizliyin müxtəlif aspektləri üzrə genişmiqyaslı əməkdaşlıqdan danışmaq hələ tezdir.
“[Rusiya Federasiyası və ABŞ-ın] xüsusi xidmət orqanları arasında əlaqələr var. Eyni zamanda, təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri üzrə hər hansı genişmiqyaslı əməkdaşlıqdan danışmaq hələ tezdir. Bilirsiniz ki, biz burada, əslində, ikitərəfli münasibətlərimizi işlək vəziyyətə qaytarmağın ən başlanğıcındayıq”, – Kreml nümayəndəsi iki ölkə arasında bu sahədə əməkdaşlıq barədə sualı cavablandırarkən deyib.