Rusiya və Çin öz mövqelərində möhkəm dayanıblar, ABŞ-ın təzyiqi faydasızdır, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.
“Amerikalıların təzyiqlərinə gəldikdə isə, zaman dəfələrlə göstərdi ki, bu, tamamilə faydasızdır – biz öz mövqelərimizdə, yolumuzda möhkəm dayanırıq”, – Kreml nümayəndəsi Moskva və Pekinin mövqelərinin yaxınlığını qeyd edib.
Peskov ayrıca Rusiya dövlət başçısı Vladimir Putinin Rusiya Federasiyasının Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etmədiyi, “ona təzyiq göstərməyə ehtiyac yoxdur” sözlərini xatırladıb. “Başqaları imtina etdi. Əgər təzyiq edəcəksənsə, onlara təzyiq etməlisən”, – Peskov yekunlaşdırıb. (Tass)