Moskva və Kiyev nümayəndə heyətləri İstanbulda əsirlərin və ölənlərin cəsədlərinin qarşılıqlı mübadiləsi üzrə mühüm prosesin davam etdirilməsini müzakirə edəcəklər, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Orada çox mühüm qarşılıqlı mübadilə prosesinin davam etdirilməsi ilə bağlı söhbət olacaq. Lazım gələrsə, təbii ki, hər hansı digər məsələlər də qaldırılacaq. Belə qərarlar nümayəndə heyətlərinin başçıları tərəfindən veriləcək”, – Kreml nümayəndəsi İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu zamanı hansı məsələlərin qaldırılacağı ilə bağlı sualı cavablandırarkən bildirib. (Tass)