Rusiya və Ukraynanın hazırladığı sülh təklifləri olan memorandumlar layihəsi tərəflərə təqdim edilib və tezliklə məlum olacaq, bundan sonra danışıqların yeni raunduna keçmək mümkün olacaq.
Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Tezliklə hər iki tərəfin təqdim etdiyi memorandumların layihələri məlum olacaq və söhbət danışıqların növbəti raunduna keçəcək”, – Kreml nümayəndəsi bildirib. (Tass)