Almaniyanın Rusiyadan düşmən obrazı yaratmaq cəhdləri Avropa ölkələri xalqlarının maraqlarına cavab vermir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən deyib.
O qeyd edib ki, Almaniya “Avropa qitəsində isterik rusofobiyanın qızışdırılmasında” çox fəal iştirak edir.
“Almaniya burada da aparıcı rol oynamağa çalışır, ona görə də ölkəmizdən düşmən obrazı yaratmaq üçün hər şey edilir. Bunun üçün böyük resurslardan istifadə edilir və bu iş davam edir, çox təəssüf edirik ki, bu, Avropa ölkələrinin xalqlarının maraqlarına uyğun deyil”, – Kreml nümayəndəsi bildirib. (Tass)