Rusiya-Amerika danışıqlarının başlanması Moskva ilə Tehran arasında gələcək əməkdaşlığa təsir etməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Moskva və Tehran arasında qarşılıqlı fəaliyyət prosesi heç bir şəkildə Rusiya-Amerika münasibətləri ilə bağlı deyil”, – Peskov İRNA müxbirinin ABŞ prezidenti Donald Tramp Rusiyadan İranla əməkdaşlığı dayandırmasını tələb edəcəyi təqdirdə Kremlin mövqeyi ilə bağlı sualını cavablandırıb. (Tass)