Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib ki, Ukraynada nizamlanma məsələsi asan məsələ deyil və bununla bağlı təmaslar çətindir.
“Əlaqələr kifayət qədər çətindir, çünki təbii ki, mövzu sadə deyil – Ukrayna nizamlanması mövzusu”, – Kreml sözçüsü ABŞ prezidenti Donald Trampın bu həftə Rusiyadan Ukraynada atəşkəslə bağlı cavab alacağını gözlədiyi bəyanatı ilə bağlı TASS-ın sualını cavablandırarkən deyib. (Tass)