Ukrayna nizamlanmasının vaxtı ilə bağlı proqnozlar hazırda mümkün deyil.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Mən tənzimləmə razılaşmasının əldə edilməsi üçün potensial vaxt çərçivələrini ümumiyyətlə qiymətləndirməzdim. Bu, bir çox amillərdən asılıdır və indi istənilən proqnozlar yanlış olardı”, – Kreml sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)