Avqust 27, 2025-6:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir – Ülviyyə Zülfiqar

2025:01:08 - 12:19
in SİYASƏT
A A

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışı zamanı azərbaycanlılarla bağlı söylədiyi ifadələr faktiki olaraq prezident qismində fəaliyyət göstərdiyi dövrləri əhatə edir. Həmin dövrlərdə o, Ermənistanın rəsmi şəxsi olub və bəyanatında söylədiyi ifadələr ümumilikdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin, deportasiyaların açıq şəkildə bəyan edilməsi, Ermənistanın faşist siyasətinin mahiyyətinin rəsmi şəxs tərəfindən dilə gətirilməsidir.

Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.

O qeyd edib ki, Petrosyanın çıxışında yer alan “Ermənistan və Qarabağ yad millətlərdən təmizləndi” ifadəsi konkret olaraq etnik təmizləmə və deportasiya faktını Ermənistanın birinci şəxsinin dilindən təsdiqləmiş olur. Təbii ki, bu halda soydaşlarımızın geri qayıdışı uğrunda apardığımız fəaliyyət zamanı beynəlxalq ictimaiyyətə çağırışlarımız zamanı sözügedən fakta da istinadımız mümkündür. Üstəlik, bu faktdan hüquqi müstəvidə də geniş istifadə olunacağı istisna edilmir. Qərbi Azərbaycan İcması bütün bəyanatlarında, müraciət və məktublarında beynəlxalq ictimaiyyəti Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıdışını təmin etmək üçün bu ölkəyə çağırış etməyə səsləyir.

Əvvəlki Yazı

Konstitusiya və suverenliyin doğurduğu milli qürur və iftixar

Növbəti Yazı

Ötən il xaricdə fəlsəfə doktoru elmi dərəcəsi alan 37 nəfərin sənədi tanınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.