Tehran Vaşinqtonla münasibətlərdəki problemləri həll etməyə hazırdır. Bunu İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefon danışığı zamanı deyib.
“Biz ABŞ-la aramızda mövcud olan problemləri beynəlxalq normalara əsaslanaraq həll etməyə hazırıq. Biz heç vaxt qanuni hüquqlarımızdan kənar bir şey tələb etmirik”, – İran prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirir. “Bu baxımdan biz dost və qardaş ölkələrimizdən istənilən yardımı alqışlayırıq”, – Pezeşkian əlavə edib. (Tass)