İran nüvə silahı inkişaf etdirməyə can atmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam şəkildə qayıtmağa hazırdır. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.
“Biz saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq, lakin belə olmamalıdır ki, ABŞ və Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmək istəməyib, öz növbəsində bizdən öz öhdəliklərimizə qayıtmağı xahiş etsinlər”, – Pezeşkian vurğulayıb. Prezident qeyd edib ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur. “Bəzi ölkələr bizi nüvə silahı yaratmağa cəhddə günahlandırsa da, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda ən diqqətli monitorinq aparıb”, – o vurğulayıb. (Tass)