İsrail öz məqsədlərinə çata bilmədi və İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi. Bunu İran xalqına müraciətində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
İran prezidentinin mətbuat xidməti tərəfindən yayılan mətndə deyilir: “Təcavüzkar düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını dayandırmaq, respublikada sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi”. Pezeşkianın sözlərinə görə, İran silahlı qüvvələrinin cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, “İran kimi böyük ölkəyə qarşı bu avantüranın qiyməti dəhşətli olub”.