Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ikili standartlar siyasəti qlobal təhlükəsizliyə təhdid olub, İran agentliyin bundan əl çəkəcəyini gözləyir, İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Bu ikili standartlar siyasəti regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır. Biz gözləyirik ki, MAQATE suveren dövlətlərin hüquqlarını pozmayacaq, ikili standartlardan [istifadədən] imtina edəcək və [MAQATE-nin Nizamnaməsini] imzalayan bütün ölkələrin qanuni maraqlarını layiqincə qoruyacaq”, – Pezeşkian Fransa prezidenti Makron Emmanu ilə telefon danışığında deyib. İran prezidentinin sözlərini onun mətbuat xidməti sitat gətirib.
MAQATE-nin baş direktoru Rafael Qrossinin hərəkətlərindən danışan Pezeşkian deyib ki, “bu gün İran hökuməti, parlamenti və xalqının mövqeyi belədir: MAQATE-nin baş direktoru qurulmuş əməkdaşlıq və qarşılıqlı fəaliyyətə baxmayaraq, İslam Respublikasının nüvə proqramı ilə bağlı obyektiv fəaliyyət göstərib”. “Belə davranış bizim üçün qətiyyən qəbuledilməzdir. Deputatların İran xalqının iradəsini əks etdirən hərəkətləri MAQATE baş direktorunun bu əsassız, dağıdıcı və biabırçı qərarlarına təbii reaksiya idi”, – iranlı siyasətçi əlavə edib. (Tass)