Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya Çexiyanın Ukraynaya sursat tədarükü təşəbbüsü çərçivəsində əlavə 300 milyon avro ayırmağı planlaşdırır.
Pistorius Berlində çexiyalı həmkarı Yaromir Zuna ilə birgə mətbuat konfransında bildirib ki, “Almaniya, bu gün sizə elan etdiyim kimi, əlavə 300 milyon avro töhfə verərək bu təşəbbüsə qoşulacaq. Bu, təxminən 50.000 uzaqmənzilli artilleriya mərmisidir”.
İki il əvvəl Çexiya Ukrayna Silahlı Qüvvələri üçün Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən sursat almaq təşəbbüsü irəli sürmüşdü. Təşəbbüsə təxminən 20 ölkə qoşulmuşdu. Bu təşəbbüs çərçivəsində Ukrayna 2024-cü ildə 1,5 milyon, 2025-ci ildə isə təxminən 1,8 milyon iri çaplı sursat alacaq. (Tass)
