İyun 1, 2025-6:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Polis Akademiyasında Zəfər tarixinə həsr olunan konfrans keçirilib

2023:10:28 - 12:41
in SİYASƏT
A A

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ulu Öndərin 100 illik yubileyi və Zəfər Gününə həsr olunub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Vəkillər Kollegiyasının, eləcə də bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və kursantlar iştirak ediblər. Bir çox ölkədaxili qurumların 150-dən çox əməkdaşı da onlayn formatda konfransa qatılıb.

Tədbir iştirakçıları əvvəlcə akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Zəfər tarixinin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz rolu” mövzusunda açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıb.

Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Füzuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli çıxış ediblər.

Daha sonra konfrans iştirakçılarının, eyni zamanda, kursant və tələbələrin Azərbaycanın Zəfəri ilə yekunlaşan tarixi prosesdə Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələri mövzularında təqdimatları dinlənilib.

Konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Əvvəlki Yazı

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub – YENİLƏNİB

Növbəti Yazı

Polis Akademiyasında Zəfər tarixinə həsr olunan konfrans keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.