İyul 16, 2025-6:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Polis ekoloji mühitin qorunması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirir

2025:07:14 - 17:42
in SOSİAL
A A

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbirlər zamanı Lənkəran rayonu ərazisində yerləşən bir neçə istirahət mərkəzində çirkab suların dənizə axıdılması, meşə fondu ərazisində torpağın üst münbit qatının korlanması, həmin ərazidə 2 ədəd palıd ağacının zədələnməsi və atmosfer havasına zərərli maddələrin atılması müəyyən edilib.

Həmçinin davam etdirilən tədbirlərlə rayonun Kənarmeşə, Şilavar və Sütəmurdov kəndlərində tullantı sularının kənara təyinatsız axıdılması və məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması aşkarlanıb. Həmin istirahət mərkəzlərinin məsul şəxsləri və işçiləri də daxil olmaqla, 6 nəfər barəsində inzibati protokollar tərtib edilib.

Paytaxtın Xəzər, Qaradağ, Xətai və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı isə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halları müəyyən olunub və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə 8 nəfər barəsində inzibati tədbir görülüb.

Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Əvvəlki Yazı

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Növbəti Yazı

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.