AZƏRTAC xəbər verir ki, sənəd layihəsi Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb. Sənəddə “müdavimləri” sözünün “kursantları” sözü ilə əvəz edilməsi təklif olunur. Beləliklə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq.