Onun seçki qərargahının 17 üzvü ABŞ prezidenti Co Baydenə məktub yazıb, Fələstin-İsrail münaqişəsi zonasında daimi atəşkəsə çağırıb. Bu barədə “Politic o” qəzeti məlumat yayıb .
“Sizin əməkdaşlarınız olaraq inanırıq ki, zorakılığa son qoymağa açıq çağırış etmək üçün mənəvi və seçki imperativiniz var. 8200-ü uşaq olan 20.000-dən çox fələstinlinin ölümündə şəriklik, sadəcə olaraq, bəraət qazandıra bilməz.” – nəşr müraciətdən çıxarış təqdim edir. Məktubda həmçinin İsrailə hərbi yardımı dayandırmaq çağırışları, münaqişənin gərginliyinin azaldılması və girovların azad edilməsi tələbləri yer alıb.
Anonim təşviqat heyəti Politico-ya müraciətin həqiqiliyini təsdiqləyib və bunu “mənəvi məsuliyyət” hissi ilə hazırladıqlarını bildirib. Onlar deyirlər ki, Baydenin Yaxın Şərq münaqişəsi ilə bağlı siyasəti, o cümlədən atəşkəs zərurətini inkar etməsi seçiciləri özündən uzaqlaşdıra bilər. “Onlar bu münaqişəyə yanaşmasından məyus olanda ona səs vermək getdikcə çətinləşir” deyib. (Tass)