Bu həftə sonu Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Qərb silahlarından istifadə ilə bağlı heç bir qərar verilməyəcək. Bu barədə “Politico” Britaniya rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, yaxın həftəsonu bu məsələ ilə bağlı hər hansı rəsmi açıqlama gözləmirlər. Eyni zamanda, rəsmilərdən biri BMT Baş Assambleyasının sessiyası çərçivəsində sentyabrın sonunda silahdan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid etdiyini bildirib.
Eyni zamanda, Qərb mənbələrinin qeyd etdiyi kimi, qərar qəbul olunsa belə, “hərbi əməliyyatların gedişatını dəyişməyəcək”.
Bloomberg daha əvvəl bildirmişdi ki, Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək qərarı BMT Baş Assambleyasında yüksək səviyyəli həftə kimi tanınan ümumi siyasi müzakirələr başlamazdan əvvəl qəbul edilməyəcək.
(Tass)