Çin Ukrayna üzrə mümkün sülh danışıqlarına Rusiya dəvət olunmasa, iştirakdan imtina edə bilər. Bu barədə Avropanın “Politico” nəşri rəsmilərə istinadən məlumat yayıb.
Onların fikrincə, Çin Avropanı Rusiyanın İsveçrədə baş tuta biləcək gələcək sülh danışıqlarında iştirakına icazə verməyə inandırmağa çalışır. Əks halda Pekin onları boykot edəcək. Rəsmilərin sözlərinə görə, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui səfəri zamanı bu mövqeyini Avropa ölkələrinin hakimiyyət orqanlarına çatdırmağa çalışıb.
Daha əvvəl Bloomberg İsveçrənin Xarici İşlər Federal Departamentinin rəhbəri İqnazio Kassisə istinadən xəbər verib ki, konfederasiya Çini Berndə Ukraynanın “sülh formulu” sammitində iştirak etməyə dəvət edib.
- Li Hui martın 2-dən Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün səfərdədir. Əvvəlcə o, Rusiyaya səfər edib və Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzinlə görüş keçirib. Elan olunmuş qrafikə uyğun olaraq çinli diplomat daha sonra Aİ-nin mənzil-qərargahında, Polşa və Ukraynada, Almaniya və Fransada olub. Bu, xüsusi elçinin şatl diplomatiyasının ikinci raundudur ki, birincisi ötən ilin mayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bir sıra Avropa ölkələrinin diplomatları və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlər keçirib