ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns cümə axşamı ABŞ Konqresinin üzvlərinə xəbərdarlıq edib ki, Ukrayna 2024-cü ilin sonuna qədər məğlub ola bilər.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Lenqlidəki departament rəhbəri prezident Corc Buş adına Mərkəzdə keçirilən tədbirdə Ukraynadakı vəziyyətin inkişafı ilə bağlı bu proqnozla danışıb. “Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında məğlub ola biləcəyi və ya ən azı [Rusiya Prezidenti Vladimir] Putinin siyasi nizamlanmanın şərtlərini mahiyyətcə diktə edəcək vəziyyətdə olması ilə bağlı çox real risk var”, o deyib. (Tass)