Avropanın “Politico” nəşri öz mənbələrinə istinadən bildirib ki, bu həftə sonu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində G7 xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü planlaşdırılır.
Nəşr qeyd edir ki, konfransda Amerika nümayəndə heyətinə rəhbərlik edən ABŞ dövlət katibi Marko Rubio G7 görüşündə iştirak edəcək.
Konfrans çərçivəsində Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün də keçirilməsi gözlənilir. Lakin Aİ Şurası bazar günü keçirilməsi planlaşdırılan Avropa nazirlərinin görüşü ilə bağlı məlumatı hələ təsdiqləməyib.
Nəşrin məlumatına görə, Rubionun Münhenə gəlişi Avropada müsbət qarşılanır və ümid edilir ki, onun Avropaya qarşı müsbət münasibəti ABŞ vitse-prezidenti J.D. Vensin ötən il Münhen Konfransında avropalı tərəfdaşlar haqqında sərt çıxışının təsirini aradan qaldıracaq. (Tass)
