Avqust 24, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Politoloq Azərbaycan-Ermənistan danışıqları barədə: “İkitərəfli görüşlər daha səmərəli olur”

2024:01:11 - 17:16
in SİYASƏT
A A

Politoloq Qabil Hüseynli sülhyaratma prosesi üçün görüşlərin ikitərəfli formatda həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

O, “Report”a açıqlamasında deyib ki, praktika da ikitərəfli görüşlərin daha səmərəli olduğunu sübut edir.

Q.Hüseynli Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur: “Prezident İlham Əliyev bir daha bildirdi ki, bizim hansısa vasitəçiyə ehtiyacımız yoxdur, amma kimlərsə sülhyaratma prosesinə kömək etmək istəyirsə, onun da əleyhinə deyilik. Ona görə də bu məsələ ətrafında Ermənistan nə düşür, düşünsün, bizim qərarımız qətidir”.

Siyasi şərhçi həmçinin Ermənistanın özünə himayədar axtardığını da söyləyib: “Ermənistan özünə Fransanı axtarır, Qərb dövlətlərinə söykənərək Azərbaycana təzyiq göstərmək istəyir. Azərbaycan isə bu oyuna getməyəcək. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan tərəfi ilə əməkdaşlıq etməlidir. Biz onlara ziyanlı bir şey təklif etmirik. Sadəcə olaraq istəmirik ki, kimsə bizim başımızın üstündə durub əmr versin, yaxud da kənardan müdaxilə edərək göstəriş versin. Azərbaycanın buna ehtiyacı yoxdur”.

Əvvəlki Yazı

Könüllülər Astara, Şəki və Ordubadda gənclərə səsvermə hüququ barədə təlimlər keçiblər

Növbəti Yazı

Vuçiç Serbiyanın ABŞ ilə siyasət və iqtisadiyyat sahələrində əlaqələri inkişaf etdirməyə davam edəcəyini bildirib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.