İyun 20, 2025-22:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Politoloq: Azərbaycan Qoşulmama Hərəkatının tarixində öz təşəbbüsləri ilə iz qoydu

2023:11:23 - 13:20
in SİYASƏT
A A
Qoşulmama Hərəkatı ilə Azərbaycan arasındakı münasibətlərə diqqət yetirsək, çox böyük və şaxələndirilmiş prosesin şahidi olarıq. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan 2019-cu ildən başlayaraq hazırki dövrə qədər həmin təşkilata sədrlik edir. Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra 120 üzv dövləti, müşahidəçi dövlətlər və təşkilatlar da daxil olmaqla, ümumilikdə 145 beynəlxalq subyekti özündə birləşdirən ikinci ən böyük təşkilatdır.

Bu təşkilatla Azərbaycan arasındakı münasibətlərə diqqət yetirəndə bir daha onun şahidi oluruq ki, ölkəmiz beynəlxalq səviyyədə, beynəlxalq hüquq çərçivəsində bir təşkilata üzv olmaq, hətta o təşkilata rəhbərlik edərək onun imkanlarından faydalanmaqla ümumilikdə qlobal səviyyədə insanlığa və bəşəriyyətə hansı formada töhfə verməklə bağlı çox ciddi, əhəmiyyətli və müsbət nümunə ortaya qoyub. Bunu Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və onların səlahiyyətləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans da təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, Azərbaycanın Hərəkata sədrliyi dövründə bu təsisat beynəlxalq səviyyədə mövcud olan problemlərlə bağlı öz haqq səsini ucaltmağı bacarıb. Elə pandemiya dövründə baş verən proseslərə nəzər yetirsək görərik ki, Azərbaycan bu təşkilatdakı sədrliyindən, oradakı yüksək kürsüdən istifadə edərək beynəlxalq aləmdə koronavirusla mübarizə çərçivəsində tədbirlərin görülməsi, vaksin millətçiliyinin qarşısının alınması, eyni zamanda, dünyada iqtisadi inkişaf baxımından zəif olan, vaksinə ehtiyac duyan, lakin bunun maddi qarşılığını verə bilməyən dövlətlərə bu sahədə dəstəyin göstərilməsi, habelə digər maddi və humanitar yardımlarla bağlı çağırışlar etdi və bu istiqamətdə öz nümunəsini ortaya qoydu.

Azərbaycanın təşkilat çərçivəsində Gənclər Şəbəkəsinin yaradılması, eyni zamanda, Qadınlar platformasının formalaşdırılması istiqamətində atdığı addımların demək olar bütün üzvlər tərəfindən tam dəstəkləndiyini, bu sahədə əməli addımlarında atıldığını söyləyən X.Bəşirov əlavə edib: “Təşkilatla bağlı Azərbaycanın atdığı əhəmiyyətli addımlardan digəri isə bu gün dünya, XXI əsrdə belə insanlıq və bəşəriyyət, dünya dövlətləri və xalqları üçün təhlükə yaradan neokolonializm siyasəti və onunla mübarizə çərçivəsində tədbirlərin görülməsidir. Buna nümunə kimi Azərbaycan tərəfindən bu ilin iyulunda Hərəkata üzv ölkələrin nazirlərinin iclasının keçirilməsi və həmin tədbir zamanı Bakı Təşəbbüs Qrupunun yaradılması, bu qrupun Fransanın nümunəsində müstəmləkəçilik siyasətinin neokolonializm mərhələsinə qədəm qoymasının qarşısının alınması, bununla bağlı mübarizə tədbirlərinin görülməsi, beynəlxalq səviyyədə təbliğat və marifləndirmə tədbirlərinin həyata keçirilməsini göstərə bilərik.

X.Bəşirov diqqətə çatdırıb ki, Azərbaycanın qadınlarla bağlı göstərdiyi təşəbbüs noyabrın 20-21-də Bakıda keçirilən tədbirdə həm Qoşulmama Hərəkatının gələcək sədrləri olacaq Uqanda və Özbəkistan, eyni zamanda, konfransda iştirak edən təşkilatın digər üzvlərinin təmsilçiləri tərəfindən tam şəkildə təsdiqləndi. Bu konfransda Azərbaycanın QH-nin Qadınlar Platformasının yaradılması ilə bağlı təşəbbüsünün dəstəklənməsi ilə yanaşı, həm də 12 bəndlik Bakı Bəyannaməsi imzalandı ki, həmin sənəddə bir sıra vacib məqamlara toxunulub.

Bakı Bəyannaməsində qadınların həm qlobal səviyyədə, həm də ayrı-ayrı dövlətlər çərçivəsində siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə baş verən əhəmiyyətli proseslərdə iştirakı və onların mərhələli şəkildə söz sahibliyinin artırılması, eyni zamanda, ümumilikdə qadınların cəmiyyətdə rolunun inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Təbii ki, bu da yenə öz növbəsində rəsmi Bakının və Azərbaycanın təşəbbüsü ilə atılan addımlardandır. Bu addımlar Qoşulmama Hərəkatının tarixində əhəmiyyətli iz qoymuş oldu.

Bakı Bəyannaməsinin 11-ci bəndində daha ciddi məqam öz əksini tapıb. Həmin müddəaya əsasən, Azərbaycanın Qoşulmama Hərəkatının “Qadınlar Platforması”nın yaradılmasının dəstəklənməsi, eyni zamanda, qadınların hüquqlarının gücləndirilməsinin, inkişaf etdirilməsinin təşviqi tövsiyə olunur.

Azərbaycanda qadın siyasəti istiqamətində görülən işlərdən, diqqət və qayğıdan danışan politoloq deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, eyni zamanda, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə gender bərabərliyi istiqamətində çox ciddi addımlar atılıb, “Gender bərabərliyi haqqında” Qanun qəbul edilib. Bu Qanunla yanaşı, Konstitusiya daxil olmaqla, digər qanunvericilik aktlarında, aidiyyəti sənədlərdə də qadınların hüquqlarının inkişaf, onların dövlət idarəetmə prosesində iştirakı, ümumilikdə cəmiyyətdə qadınların rolunun bütün istiqamətlərdə genişləndirilməsi ilə bağlı məqamlar əksini tapıb. Bütövlükdə ölkəmizdə qadınların hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər görülüb. Bütün bunlar, sadəcə, nəzəri deyil, eyni zamanda, praktikada da tətbiq edilib”.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti qadındır. Mehriban xanım Əliyeva, sadəcə, ölkə ərazisində deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi proseslərdə çox ciddi rol oynayan qadın siyasətçidir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, 2017-ci ildən isə ölkəmizin Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva dövlətimizin beynəlxalq səviyyədə uğurlarını təmin edən, diplomatiyanın qollarından biri kimi “Zərif və incə diplomatiya”nın əsasını qoyan şəxs kimi tanınıb. Təbii ki, Azərbaycan beynəlxalq səviyyədə əldə etdiyi uğurları, həmçinin İkinci Qarabağ müharibəsi zamanı qazandığı tarixi Qələbəyə bəzi məqamlarda Prezident İlham Əliyev sərt, güc diplomatiyası, bəzi məqamlarda isə incə diplomatiya ilə nail olub. Dövlət bəzən sərt üzünü göstərir, bəzən isə zərif gücünü, incə diplomatiyasını, siyasətini ortaya qoyur. Bunu da Azərbaycan təcrübəsində görmək mümkündür”.

Politoloq diqqətə çatdırıb ki, ümumiyyətlə, Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 illik dövrdə Azərbaycan dövləti həqiqətən də bu təsisatın tarixində dərin iz buraxdı və çox ciddi, əhəmiyyətli nümunələr ortaya qoydu. Əminliklə söyləmək olar ki, Azərbaycan bu Hərəkata üzv dövlətlərlə münasibətlərini bundan sonra da yüksələn xətt üzrə davam etdirəcək.

Əvvəlki Yazı

YAP-ın nümayəndə heyəti Vyetnamın Quanq Nin vilayətində olub

Növbəti Yazı

İcma sədri: “Müxtəlif rayonlarda Qərbi Azərbaycanla bağlı konfranslar keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.