İyul 14, 2025-0:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans-Xəzər regionunda ekspansiya planlarını pozacaq

2025:07:11 - 11:46
in SİYASƏT
A A

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi Cənubi Qafqazın gələcək təhlükəsizliyini müəyyən edən əsas faktorlardan biridir. Kənar güclərin Cənubi Qafqazla bağlı narahatedici planlarının mövcudluğu fonunda, hər dəqiqə körüklənə biləcək mümkün zorakılıq dalğası ərəfəsində Azərbaycanın sülh təşəbbüsləri bizim həm də regionun təhlükəsizliyi üçün istifadə etdiyimiz əsas alətlərdən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin mətninin tam razılaşdırılmasından sonra bu, ilk rəsmi ikitərəfli görüşdür.

Xatırladım ki, Ermənistana müxtəlif formatlarda yerləşmiş oyunçuların hər biri öz mövqeyini təmin etmək və möhkəmləndirmək üçün son bir ay ərzində həmin ölkənin daxili proseslərində potensial və idarəolunmaz münaqişə ssenarisini işə salıblar.

Məsələn, Əbu-Dabi görüşünə hazırlıq ərəfəsində Ermənistanda cəmi 10 gün ərzində ölkədə kənardan dəstəklənən revanşist qrupların üzvü olan üç sülh əleyhdarı həbs olunub. Belə ki, iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan rusiyayönlü oliqarx Samvel Karapetyan həbs edilib.

İyunun 25-də “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, Fransa və Yunanıstanla geniş əlaqələrə malik arxiyepiskop Baqrat Qalstanyan terror aktları planlaşdırmaqda ittiham edilərək saxlanılıb. Bundan cəmi iki gün sonra isə ölkənin mövcud konstitusiya quruluşunu devirməyə çağırışa görə Aİ ölkələrinin dini dairələri ilə geniş əlaqələrə malik arxiyepiskop Mikael Ajapaghyan həbs edilib və s.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşdə müzakirə mövzusu olan iki ölkə sərhədlərinin delimitasiya, demarkasiyası prosesi münasibətlərin əsas prioritetlərindən biri kimi gələcək risklərin dəyərləndirilməsi hesabı ilə aparılması razılaşdırılıb. İki ölkə arasında sülh razılaşması əldə olunarsa və Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Transxəzər regionunda ekspansiya planlarını pozacaq və maraqlarının zəifləməsi ilə nəticələnəcək”, – deyə Y.Hacıyeva qeyd edib.

Politoloq, həmçinin bildirib ki, son illər münaqişələrin həlləri yolu üçün diplomatik təsirlərin genişləndirilməsi istiqamətində Körfəz dövlətləri qlobal vasitəçilər kimi çıxış edir. Əgər daha əvvəllər belə təşəbbüslər Avropanın bir sıra ölkələri və ya ABŞ-ın adı ilə bağlı idisə, indi artıq körfəz dövlətləri də bu cür addımlarla yadda qalırlar.

Əvvəlki Yazı

Folklorşünas-alimlərin iştirakı ilə fənn proqramları təhlil olunub

Növbəti Yazı

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.