Avqust 20, 2025-15:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Polkovnik: Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğurudur

2025:05:29 - 15:53
in SİYASƏT
A A

Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğuru, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun təntənəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi mühüm mətləblərdən xəbər verir: Laçında üç qardaş dövlətin liderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün olduqca mühüm hadisədir. Bu, hər şeydən öncə hər üç dövlətin bütün dünyaya birlik, həmrəylik mesajıdır. Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir. Zirvə görüşündə liderlərin verdiyi mesajlar, səsləndirdiyi bəyanatlar da bir daha bunu sübut etdi. Zirvə görüşünün Laçında – erməni işğalından azad edilən tarixi torpağımızda keçirilməsi də olduqca böyük məna kəsb edirdi. Azərbaycan Laçındakı bu möhtəşəm tədbirlə, hər şeydən əvvəl, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman ərzində həyata keçirdiyi böyük abadlıq-quruculuq işlərini bütün dünyaya nümayiş etdirdi.

“Laçında gerçəkləşən Zirvə görüşü, eyni zamanda, beynəlxalq ictimaiyyətə, qlobal güclərə, Ermənistan və onun himayədarlarına bu torpaqların hüquqi-tarixi sahibinin Azərbaycan olduğunu bir daha xatırlatmış oldu. Azərbaycan həm Zirvə görüşü, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı ilə sübut etdi ki, xalqımız, dövlətimiz erməni faşizminin xarabalığa çevirdiyi yurd yerlərini qısa zamanda dirçəltməyə, bu torpaqları yenidən cənnətə çevirməyə qadirdir. Mən Laçında keçirilən bu cür möhtəşəm beynəlxalq tədbirə görə hər bir vətəndaşımızı təbrik edir, Prezidentimizə, dövlətimizə uğurlar arzulayıram. Əminəm ki, biz zaman-zaman işğaldan azad edilən digər torpaqlarımızda da oxşar tədbirlərə şahid olacaq, tarixi Zəfərimizi, tərəqqimizi, mübarizə və inkişaf əzmimizi əks etdirən tədbirlərlə bütün dünyanı heyrətləndirməkdə davam edəcəyik”, – deyə Cəlil Xəlilov əlavə edib.

Əvvəlki Yazı

Dünyaşöhrətli alim Məsud Əfəndiyev AzMİU rektorunun müşaviri təyin edilib

Növbəti Yazı

Samir Vəliyev: Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.