İyun 14, 2025-13:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Polkovnik-leytenant: Şəhidlərimiz bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşadıblar

2023:09:27 - 13:15
in SİYASƏT
A A

Bu yaxınlarda Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi antiterror tədbirləri nəticəsində əldə etdiyimiz Qələbə hər birimizi sevindirdi. Buna baxmayaraq, bütün qələbələr itkisiz olmur. Allah torpaqlarımız uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin, onlar bizim qəlbimizdə daim yaşayacaqlar.

Bunu AZƏRTAC-a polkovnik-leytenant Zöhrab İmanquliyev deyib. O qeyd edib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində biz əbədi və əzəli torpaqlarımıza qovuşduq.

“Vətəndaşlarımız hər zaman Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” – ideologiyasını əsas götürüb. Müdrik rəhbərin bu kəlamı azərbaycançılığın ideya əsaslarına, hər bir soydaşımız üçün isə milli qürur mənbəyinə çevrilib. Azərbaycanda yaşayan digər millətlər də bizim vətəndaşlarımızdır.

Mən gənclərimizin gözündə qəhrəmanlıq, vətənpərvərlik hissini görürəm. Azərbaycan xalqı hər zaman şəhidlərimizin, onları böyüdən valideynlərin qarşısında baş əyir. Ümumiyyətlə, valideynlər övladlarına vətəni sevməyi, onun üçün canını verməyi öyrətməlidir. Bizim şəhidlərimiz müqəddəsdirlər. Onlar Vətən uğrunda öz canlarından keçiblər. Bəzi insanlar 100 il mənasız ömür yaşayır, bəziləri isə gənc yaşlarında şəhidlik zirvəsinə ucalaraq adını tarix səhifəsinə yazır. Şəhidlərimiz bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşadıblar. Dünyanın bir çox ölkəsi İkinci Qarabağ savaşında parlaq Zəfərdən sonra Azərbaycana və xalqımıza daha böyük hörmətlə yanaşır”,- deyə Z.İmanquliyev bildirib.

Əvvəlki Yazı

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar – YENİLƏNİB

Növbəti Yazı

XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.