ABŞ Polşaya AH-64E Apache helikopterlərinin alınması üçün 3,08 milyard dollar kredit ayırıb. Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 3,08 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər”, – deyə departamentin saytında bildirilir. Polşa hakimiyyəti əldə etdiyi vəsaiti AH-64E Apache almaq üçün istifadə edəcək. Qeyd olunur ki, bu, Varşavanın Vaşinqtonda ümumi məbləği 7,08 milyard dollar olan üçüncü belə kreditidir.
Martın 12-də Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tuskun ABŞ-a səfəri zamanı Polşaya 96 ədəd Apache AN-64 helikopterinin satışı ilə bağlı razılıq əldə olunub. Müqavilənin dəyəri 10 milyard dollar idi. Varşava bu helikopterləri 2028-ci ildə almağa başlayacaq. (Tass)