Polşa hakimiyyəti 17 min hərbçinin iştirakı ilə Belarusla sərhədi qorumaq üçün yeni əməliyyata başlayacaq. Bu barədə jurnalistlərə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
“Avqustun 1-dən etibarən yeni missiya fəaliyyətə başlayacaq, əvvəlki iki əməliyyat başa çatacaq – biri təlim, digəri sərhəd mühafizəsi, 17 minə qədər hərbçinin iştirak edəcəyi vahid “Təhlükəsiz Podlasie” əməliyyatı yaradılacaq. ”, – nazir TVP Info tərəfindən yayımlanan mətbuat konfransında bildirib. Əməliyyata Polşa Silahlı Qüvvələrinin 18-ci Mexanikləşdirilmiş Diviziyası cavabdeh olacaq. Kosiniyak-Kamış əlavə edib ki, Polşa-Belarus sərhədində hərbi personalın sayı sərhəd xidməti və Daxili İşlər Nazirliyinin tələbi ilə daha da artırıla bilər.
Hazırda Polşa-Belarus sərhədində Polşa ordusunun 6 min hərbi qulluqçusu, həmçinin 1,5 min sərhədçi və polis əməkdaşı xidmət edir. Bundan əlavə, 200 hərbi jandarm əməkdaşı sərhəd xidmətinə yardım göstərir. Polşa Müdafiə Nazirliyi də Ərazi Müdafiə Qüvvələrində sərhəd mühafizə bölməsinin formalaşdırıldığını açıqlayıb. (Tass)