Polşa Cənubi Koreyadan aldığı K2 tanklarını Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Branievoda yerləşdirir. Bu barədə PAP agentliyinə 16-cı Pomeraniya mexanikləşdirilmiş diviziyasının mətbuat katibi mayor Maqdalena Koşçinska məlumat verib.
“Birinci tədarük zamanı 9-cu briqada yeddi tank alıb. Bu ilin sonunda daha bir göndəriş gözlənilir. Hazırda bölmədə 20-ci Mexanikləşdirilmiş Briqadanın təlimatçıları ilə təlimi başa vurmuş səkkiz təlim keçmiş heyət var”, – Koşçinska bildirib.
2022-ci ilin iyulunda Polşa və Cənubi Koreya Hyundai Rotem Korporasiyası tərəfindən istehsal olunan 1000-ə yaxın K2 tankının tədarükü üçün çərçivə sazişi imzaladılar. Həmin ilin avqustunda dəyəri 3 milyard dollardan çox olan müqavilə imzalandı və bu müqaviləyə əsasən Hyundai Rotem Polşaya ilk 180 tankı tədarük etməyi öhdəsinə götürdü. (Tass)