Həbsdə olan Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski aclıq aksiyasına başlayıb. Siyasətçinin bəyanatını Polsat News telekanalı yayıb.
“Mən bir siyasi məhbus kimi həbs olunduğum ilk gündən aclıq aksiyasına başlayıram”, – Kaminski bildirib.
Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavini Maçey Vonsik yanvarın 9-da axşam saatlarında Varşavada prezident sarayında polis tərəfindən saxlanılıb. Bu, həmin gün çıxarılan məhkəmə qərarına uyğun olub.Varşavada Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq rəisi və onun müavininə dəstək nümayişi keçirilib. Yanvarın 10-da Polşa prezidenti Anjey Dudanın ofisi bəyan edib ki, dövlət başçısı Kaminski və Vonsikin həbsi ilə bağlı vəziyyətlə bağlı tezliklə xüsusi bəyanatla çıxış edəcək. (Tass)