2025-ci ildə Polşa zərurət yaranarsa qoşunların və təhlükəsizlik qüvvələrinin sürətlə köçürülməsini təmin etmək üçün Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədə yol çəkəcək. Bu barədə Financial Times qəzetinə müsahibəsində Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Maçey Duşçik bildirib.
Onun sözlərinə görə, yaxın aylarda tikintiyə başlanılacaq. Siyasətçi Polşa-Rusiya sərhədinə yeni yol ilə bağlı başqa təfərrüat verməyib.
Noyabr ayında Polşa Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkamları xəttinin tikintisinə başladı. Həmin ayın sonunda Polşa tərəfi ilk hissəsinin hazır olduğunu elan etdi – Kalininqrad vilayəti ilə sərhəddəki Dombruvka kəndi ərazisində 3,5 mindən çox beton kirpi quraşdırılıb. Bundan əlavə, Varşava Rusiya Federasiyası ilə sərhəddə aktiv müşahidə sistemi yaratmağı planlaşdırır. (Tass)