Polşa hakimiyyəti Slovakiya ilə sərhəddə nəzarəti gücləndirməyi planlaşdırır. Bu barədə Polsat telekanalına Polşa hökumətinin mətbuat katibi Piotr Müller məlumat verib.
Onun sözlərinə görə, Polşa qeyri-qanuni miqrantların marşrutlarını təhlil edib və belə nəticəyə gəlib ki, onların əksəriyyəti respublikaya Slovakiyadan daxil olur.
“Biz bu sahədə nəzarətin gücləndirilməsini nəzərə alırıq” deyən Müller Lampeduzadan miqrant axını da daxil olmaqla digər marşrutların və potensial risklərin də təhlil edildiyini qeyd edib.
“Biz belə bir qərar qəbul etməyə yaxınıq [sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı]. Amma əvvəlcə Slovakiyadan bəyannamə eşitmək istəyirik, onların özlərinin tədbir görüb-görməyəcəyinə aydınlıq gətirmək istəyirik. Baxmayaraq ki, çox güman ki, biz bu istiqamətdə hərəkətə edəcəyik”- Polşa hökumətinin sözçüsü bildirib. (Tass)