Polşa prezidenti Karol Navroçki NATO-nun alyansın şərq cinahında həyata keçirdiyi Şərq Keşikçilərinin hava məkanının mühafizəsi əməliyyatı ilə əlaqədar ölkədə xarici hərbçilərin olmasına icazə verən fərman imzalayıb.
“Polşa Respublikasının Prezidenti Karol Navroçki “Şərq keşikçiləri” əməliyyatı çərçivəsində Polşaya əlavə olaraq NATO-ya üzv ölkələrin xarici qoşunlarının Polşa Respublikası ərazisində olmasına razılığını bildirən qətnamə imzalayıb”, – Polşa Milli Təhlükəsizlik Bürosu X-də yazıb.
Sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Şərq keşikçiləri” əməliyyatına başladığını elan edib. Əməliyyat PUA insidentilə bağlı Varşavanın tələbi ilə sentyabrın 10-da başlayan NATO müqaviləsinin 4-cü maddəsinə əsasən keçirilən məsləhətləşmələrin nəticəsi olub.
Sentyabrın 10-da səhər saatlarında Polşa Ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb.