Polşa hakimiyyəti BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) üzvü olan hərbçilərini Livandan çıxarmağı planlaşdırmır. Bu barədə PAP agentliyinə respublika silahlı qüvvələrinin operativ komandanlığının mətbuat katibi polkovnik Yaçek Qorişevski bildirib.
“Vəziyyətin qiymətləndirilməsi göstərir ki, hazırda kontingentin təxliyyə edilməsinə ehtiyac yoxdur”, – deyə PAP agentliyi Qorışevskidən sitat gətirir. Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin tərkibində 250 polşalı əsgər var.
Bu yaxınlarda respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşa kontingentinin təxliyəsinin potensial imkanlarını istisna etməyib. (Tass)