Avqustun 6-da Polşa prezidenti vəzifəsinin icrasına başlayan Karol Navroçki Milli Assambleyada (parlamentin aşağı və yuxarı palatalarının iclası – Seym və Senatın iclası) inauqurasiya nitqində bir dəfə də olsun Ukraynanın adını çəkməyib.
Navroçki parlamentarilərə müraciətinin beynəlxalq siyasətə həsr olunmuş hissəsində Aİ daxilində Varşava üçün daha suveren siyasətin qurulmasının zəruriliyindən danışıb. “Aİ daxilində əlaqələri dəstəkləyəcəm, lakin Aİ-nin Polşadan səlahiyyətlər almasına heç vaxt razı olmayacağam. Suverenlik istəyən vətəndaşların səsi olacağam” deyib.
Bundan əlavə, Polşa dövlətinin yeni başçısı NATO-nun şərq cinahının gücləndirilməsi üzərində çalışacağını vəd edib. O, NATO-nun şərq cinahının doqquz ölkəsinin (Buxarest doqquzları adlanır) birliyinin Skandinaviya ölkələrini də əhatə edəcək şəkildə genişlənəcəyinə ümid etdiyini bildirib. “Biz, polyaklar, NATO-nun şərq cinahının yaradılmasına cavabdehik. Bu, mənim prezidentliyimin istiqaməti olacaq”, – deyən Navroçki qeyd edib ki, onun ambisiyasının Polşa ordusunu “Aİ-nin aparıcı qüvvəsinə” çevirmək olduğunu vurğulayıb. Polşanın yeni lideri də ABŞ-la əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. (Tass)