Polşa prezidenti Anjey Duda Milli Təhlükəsizlik Şurasının (MTŞ) çağırıldığını elan edib. Bu barədə RAR agentliyi məlumat yayıb.
Bu məlumata görə, MTŞ iclası Dudanın ABŞ-a səfərindən əvvəl, bazar ertəsi, martın 11-də baş tutacaq.
Agentlik Polşa dövlətinin başçısından sitat gətirir ki, şura “təhlükəsizlik məsələlərində Polşa siyasi səhnəsinin birliyini göstərmək üçün” toplanır.
Polşa Təhlükəsizlik Şurasının iclaslarında parlamentin yuxarı və aşağı palatalarının spikerləri, baş nazir, Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərləri, Koordinasiya Naziri , xüsusi xidmət orqanları, parlament fraksiyalarının rəhbərləri, prezident aparatının nümayəndəsi və Milli Təhlükəsizlik Bürosunun rəhbəri iştirak edirlər. (Tass)