Polşa silahlı qüvvələri Rusiya və Belarusla sərhədlər yaxınlığında “Zubr-23” taktiki hərbi təlimləri keçirir. Bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat yayıb.
Ordu qeyd edib ki, yaxın günlərdə həm poliqonda, həm də poliqondan kənarda taktiki tədbirlər həyata keçiriləcək. “Podlaskie, Mazowieckie, Lyublin və Varmia-Masuriya voyevodalıqlarında yollar, şəhər əraziləri və meşələr boyu hərbi hissələrin və hərbi texnikanın kütləvi şəkildə hərəkəti müşahidə olunacaq”, – qərargah xəbərdarlıq edərək, əhaliyə təlimlərə sakit və ehtiyatla yanaşmağı tövsiyə edib.
Manevrlərin əsas hissəsinin oktyabrın 26-29-da keçirilməsi nəzərdə tutulub. Məqsəd “Polşanın şərq sərhədi boyunca təhlükəsizlik səviyyəsini artırmaq və hərbi personalı ekstremal şəraitdə fəaliyyətə hazırlamaqdır”. (Tass)