Polşanın sərhəd mühafizə xidməti xüsusilə ölkənin şərq sərhədlərində kadr çatışmazlığı yaşayır. Bu barədə “Dziennik Gazeta Prawna” qəzeti idarənin mətbuat xidmətinin əməkdaşı Konrad Şvedə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, martın 31-nə olan məlumata görə, sərhəd xidmətində 2116 vakant vəzifə var ki, bu da ştat cədvəlinin 20%-ni təşkil edir. Nəşrin yazdığına görə, idarənin kadr problemlərinin səbəblərindən biri işçilərin kütləvi şəkildə xaricə getməsidir. Qeyd olunur ki, ölkənin şərq sərhədlərini qoruyan bölmələrdə kəskin kadr çatışmazlığı yaşanır.
Polşada ordu sərhədçilərə şərq sərhədlərinin qorunmasında köməklik göstərir. Respublikanın milli müdafiə nazirinin sözlərinə görə, Polşa silahlı qüvvələrinin ən azı 30 min hərbi qulluqçusu ölkənin Belarusla həmsərhəd ərazilərinin mühafizəsinə cəlb olunub. Aprelin əvvəlindən bəri qanunsuz miqrantlar təxminən 2 min dəfə Belarus-Polşa sərhədini keçməyə cəhd ediblər. Mart ayında 3,4 min belə cəhd qeydə alınıb ki, bu da fevral və yanvar ayları ilə müqayisədə xeyli çoxdur.
(Tass)